Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

Əvvəlki nəsillər

Allah Quranda tarix boyu yaşamış bütün qövmlərə doğru yolu göstərdiyini və onlara elçilər vasitəsilə dünyanın müvəqqəti olmasını, həqiqi məskənin axirət olmasını xatırlatdığını bildirmişdir. Lakin yenə də Qurandan öyrəndiyimizə görə, insanların əksəriyyəti inkar etmiş və elçilərin dəvətini qəbul etməmişdi. Buna görə də Allah onlara heç gözləmədikləri halda əzab vermiş və bir qismini də tamamilə yer üzündən silmişdir. Quranda belə buyrulur:

 

"Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də yerlə yeksan etdik. Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik. Fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. Məgər onu görmədilərmi? Хeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar" ("Furqan" Surəsi, 38-40)

 

Keçmiş sivilizasiyaların başına gələnlərdən bizim almalı olduğumuz ibrət dərsi ayələrdə belə bildirilir:

 

"Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq" ("Ənam" Surəsi, 6)

 

Yenə də bu mövzuda insanları xəbərdar edib qorxudan və düşünüb öyüd ala bilənlərə təsiri olan başqa bir ayə isə belədir:

 

"Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar: "Görəsən, can qurtarmağa bir yer varmı?" - deyərək ölkə-ölkə gəzib dolaşmışdılar. Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!" ("Qaf" Surəsi, 36-37)