Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

Təbii fəlakətlər

Üzərində yaşadığımız dünya biz hiss etməsək də daxildən və xaricdən bir çox təhlükə mənbələri ilə doludur. Meteoritlər, qara dəliklər və kometlər xarici təhlükələrin yalnız bir hissəsidir. Başqa tərəfdən də dünyanın dərinliklərinə getdikcə minlərlə dərəcə istiliyi olan təbəqələrə rast gəlmək olar. Belə ki, dünyanı "ayağımızın altında qaynayan bir kürə" kimi təqdim etsək, bu heç də yanlış olmaz. Bunlardan başqa, dünyanın hər tərəfini qoruyan bir atmosfer təbəqəsi də var. Atmosferin qoruyucu xüsusiyyəti ilə yanaşı həm də olduqca böyük təsiri olan atmosfer hadisələri də mövcuddur: küləklər, fırtınalar, tayfunlar...


Bütün bu təhlükə mənbələri çox vaxt təsirli olur: bunların sayəsində də can və mal itkisi ilə nəticələnənən və təbii fəlakətlər adlandırılan hadisələr baş verir. Başda zəlzələlər olmaqla vulkanlar, sellər, nəhəng dalğalar, fırtınalar, böyük yanğınlar bir-birindən şiddətli təsirlərə malikdir. Onların ortaq xüsusiyyətləri isə qısa müddət ərzində bir şəhəri, orada yaşayan insanları və bütün canlıları yox edə bilmələri, böyük dağıntılara səbəb olmalarıdır. Ən mühüm cəhət isə insanların bu fəlakətlərin qarşısında aciz qalmasıdır.

Bütün bu fəlakətlər insanların çox yaxşı bildiyi, lakin onlarla qarşılaşana qədər ağıllarına belə gətirmək istəmədiyi həqiqətlərdir. Dünyadakı həyat elə uyğun tarazlıqlar üzərində tənzimlənib ki, belə hadisələr böyük sahələri əhatə etmir. İnsanlar da daxil olmaqla bütün canlılar üçün xüsusi bir qoruma sistemi var. Lakin bu qoruma ilə yanaşı Allah bəzən insanlara yaşadıqları məkanın nə qədər etibarsız olduğunu da göstərir. Haqqında danışdığımız hadisələri əmələ gətirərək üzərində yaşadıqları planetin hakimi olmadıqlarını bir daha onlara bildirir. Onların acizliyini özlərinə göstərir və bütün bunlar ağıllı insanlar üçün bir nəsihətdir.
Bəs bundan əlavə insanlar bu hadisələrdən hansı nəticələri çıxarmalıdır?

Kitabın əvvəlində də vurğuladığımız kimi, bu dünya insanların sınağa çəkilməsi, Allaha iman gətirənlərlə gətirməyənlərin bir-birindən ayrılması üçün hazırlanmış imtahan yeridir. Allah bu həqiqəti "...hansınızın daha gözəl əməl sahibi olacağınızı sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur" ("Hud" Surəsi, 7) ayəsi ilə bildirir.


Dünyadakı bu imtahan şəraiti olduqca qüsursuz hazırlanıb: belə ki, hər bir hadisə müəyyən səbəblərlə baş verir. Hər bir cəhət səbəb-nəticə əlaqəsi ilə əmələ gəlir. Məsələn, insanların yer üzündə dayana bilməsi yerin cazibə qüvvəsi ilə izah edilir; yağışın yağması buludlar və külək nəticəsində baş verir; ölüm, qəza və xəstəlik mütləq bir səbəbə bağlıdır... Şübhəsiz ki, belə səbəb-nəticə əlaqələrindən çox bəhs etmək olar. Lakin ən əsası onların sayı deyil, nə dərəcədə "inandırıcı" bir sistem əmələ gətirmələridir.

Bu sistemin bir xüsusiyyəti də hər bir hadisənin insan məntiqinin anlaya biləcəyi şəkildə baş verməsidir. Məsələn, Allah bəzən insanlara təbii fəlakətlərlə xəbərdarlıq edə bilir. Məsələn, zəlzələ kimi bir hadisə ilə bir çox insanlar ölə və ya yaralana bilər. Bunların da arasında gənclər və yaşlılar, kişilər və qadınlar, hətta uşaqlar da ola bilər. Bütün bunlar son dərəcə "təbii" görünür və qafil bir insan bu fəlakətlərin müəyyən bir məqsədlə Allah tərəfindən yaradıldığını bilməz. Indi fikir verək, əgər belə olmasaydı və bir zəlzələdən yalnız Allah qarşısında günahkar olanlar zərər çəksəydilər, nə baş verərdi? Şübhəsiz ki, imtahan şəraiti aradan qalxardı. Lakin Allah belə bir şeyə izn verməmiş və yuxarıda da qeyd etdiyimiz kimi, dünyadakı hər bir hadisəni olduqca "təbii" mizanda yaratmışdır. Bu "təbii" hadisələrin arxasında müəyyən məqsədlərin olduğunu yalnız Allahın fərqində olan və dərin anlayışa malik olan möminlər dərk edə bilərlər.


Bundan əlavə, Allah "Hər kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə biz sizi xeyir və şərlə sınağa çəkərik. Və siz ancaq bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" Surəsi, 35) ayəsi ilə həmişə bütün insanları yaxşı və pis hadisələrlə imtahana çəkəcəyini bildirir. Bir hadisə olduğu zaman həmin yerdə olan bir çox insanın bundan təsirlənməsi əlbəttə ki, imtahanın bir sirridir. Yaddan çıxarılmamalıdır ki, Allah sonsuz ədalət sahibidir və bu ədaləti ilə axirətdə hər bir insana öz əməllərinin əvəzini verəcək. Bu dünyada insanların başına gələn bütün hadisələr bir sınaqdır. Səbr edənlərin də, sınağa çəkildiklərini bilməyənlərin də etdiklərinin əvəzi tam olaraq veriləcək. Belə ki, Allaha qəlbən bağlı olan, Onun ucalığını lazımınca qiymətləndirən bütün insanlar dünyanın bu sirrini dərk etmişlər. Onlar başına bir müsibət gəldiyi zaman dərhal Allaha üz tutur və tövbə edirlər. Çünki Allahın Qurandakı bu vədini bilirlər:


"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" - deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır!" ("Bəqərə" Surəsi, 155-157)


Yuxarıda qeyd olunduğu kimi, inanan və inanmayan bütün insanlar bəzi hadisələrlə sınağa çəkilirlər. Bəzən təbii fəlakət, bəzən gündəlik həyatda olan bir hadisə, bəzən də bir çox çatışmazlıq və xəstəliklər dünyada insanlardan uzaq olmayan həqiqətlərdir. Belə hadisələr bəzən insanlara, bəzən də cəmiyyətlərə təsir edəcək səviyyədə meydana gəlir və insanlara həm maddi, həm də mənəvi baxımdan təsir göstərir. Məsələn, rifah içində və bolluqda yaşayan insanların iflasa uğraması, olduqca gözəl bir insanın üzünün qəzadan sonra dəhşətli şəkil alması və ya sağalmaz xəstəliyə tutulması, ani bir fırtına ilə bir şəhərin dağılması tez-tez rast gəlinən və dünyanın "tükdən asılı olduğunu" göstərən hadisələrdir.

Ən əsas olan məsələ insanların bütün bu hadisələrdən özləri üçün nəticə çıxarmasıdır. Çünki Allahın insanları maddi və mənəvi zərər verən hadisələrlə xəbərdar etməsi o insanların düşdükləri yanlış yoldan çıxması, Allahın doğru yoluna gəlməsi üçün bir vasitədir. Allah insanlara baş verən bu fəlakətlərin də dünyada olan başqa fəlakətlər kimi müəyyən bir məqsədinin olduğunu, bunların insanlar üçün bir "xatırladıcı" olduğunu göstərir. Allah Quranda hər şeyin Onun izni ilə həyata keçdiyini belə bildirir:


"Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, onun qəlbini haqqa doğru yönəldər. Allah hər şeyi biləndir!" ("Təğabun" Surəsi, 11)


"Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verərik. Şükr edənləri də, əlbəttə, mükafatlandıracağıq!" ("Ali-İmran" Surəsi, 145)


Bütün bunlarla yanaşı, qarşıya çıxan çətinliklərin başqa bir hikməti də belədir: özünü dünyada böyük bir qüvvə sahibi hesab edən insan Allahın diləməsi ilə bir anda baş verən fəlakətlər qarşısında özünün nə qədər aciz olduğunu dərk edir. O, nə özünə, nə də ətrafında olanlara kömək edə bilmir. Hər şey Allahın əlindədir, Ondan başqa heç kim zərər və ya fayda verə bilməz. Bu həqiqət insanlara belə bildirilir:


"Əgər Allah sənə bir sıxıntı versə, Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə heç kəs ona mane ola bilməz. Çünki O, hər şeyə qadirdir!" ("Ənam" Surəsi, 17)


Bu fəsildə bu vaxta qədər bütün dünyada baş vermiş təbii fəlakətləri onun təsirləri ilə izah edəcəyik. Və bunun nəticəsində də insanların dördəlli yapışdığı bu dünyanın əslində kor-koranə bağlanılan bir yer olmadığını və həqiqi həyatın axirət həyatı olduğunu xatırladacağıq. Sizə göstərəcəyimiz bu hadisələr eyni zamanda insanların fəlakətlərdən əvvəl və sonra bu hadisələr qarşısında nə qədər aciz olduqlarını göstərir. Bu çarəsizlik və acizlik Allahın qüvvəsi qarşısında hər bir insanın gücsüz olmasının və onun Allahdan başqa heç bir dost və köməkçisinin olmamasının da ifadəsidir.

 

 


ZƏLZƏLƏLƏR


Zəlzələlər təbii fəlakətlər arasında ən çox zərərverici xüsusiyyətə malik olan və insanları ən çox qorxudan hadisələrdir. Aparılan araşdırmalara görə, dünyada hər iki dəqiqədən bir zəlzələ baş verir. Hesablama aparsaq, bir il ərzində dünyada milyona yaxın zəlzələ baş verir. Bunların təxminən 300 minə qədəri hiss edilən qüvvədə, 20 dənəsi isə bir şəhəri dağıdacaq qüvvəyə malikdir. Lakin zəlzələlər həmişə əhalinin sıx yaşadığı yerlərdə baş vermədiyindən çox da mənfi nəticələrə səbəb olmurlar. Hər il baş verən zəlzələlərin yalnız 5-i dağıntı və ölümə səbəb olur.

Yuxarıda da gördüyümüz kimi, insanlar zəlzələlərlə çox da tez-tez rastlaşmır. Təxminən hər iki dəqiqədən bir dünyanın hər hansı bir yerində zəlzələ olsa da bu zəlzələlərin gücü elə həssas şəkildə ölçülüb-biçilmişdir ki, bəzən insanların çoxu bunu heç hiss etmir. Əlbəttə ki, bu, Allahın insanları qorumasının aşkar dəlillərindən biridir.


Bu gün zəlzələlər ən çoxu bir şəhərdə və ya bir şəhərin ətrafında olan müəyyən bölgələrdə hiss edilir. Halbuki bütün dünyaya təsir edəcək şiddətdə, həyata son qoyacaq, yer üzünü tamamilə dağıdacaq bir gücdə zəlzələ yaratmaq Allah üçün çox asandır. Belə ki, yer üzünün quruluşu səbəbi ilə zəlzələlərin əmələ gəlməsi çox normaldır: ayrılma yerləri, təbəqələr arasındakı boşluqlar və s. Bu təbiət hadisəsini qaçılmaz edir. Bir elmi mənbə zəlzələlərdən belə bəhs edir:


"Dünyanın dərinliklərində olan qüvvə sərt yer qabığına onun möhkəmliyindən artıq şəkildə təzyiq göstərir, bu təbəqə həmin təzyiqə davam gətirməyərək qırılır və yarılır. Bu yer titrəməsi nəticəsində şəhərin bütün tikintiləri yerlə-yeksan ola, bütün insanlar xilas olmadan həmin dağıntıların altında qala bilər" ("Təbii fəlakətlər", Riders Daygest, 1996)


Şübhəsiz ki, Allahın zəlzələni meydana gətirməsi üçün həmin yerin "təbii şərtlər"inin zəlzələyə uyğun olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. Allah dilədiyini hər an edə bilər. Lakin Allah yer üzərində olan təbii şərtləri olduqca etibarsız və qeyri-sabit etməklə insana bu dünyanın həqiqətən də çox təhlükəli olduğunu xatırladır. İnsanlar təbii fəlakətlərlə bağlı Quranda belə xəbərdar edilir:


"Pis hiylələr quranlar Allahın onları yerdə görməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?! Və ya gəzib dolaşarkən əzabın onları yaxalamasından qorxmurlarmı? Axı onlar qaçıb canlarını qurtara bilməzlər! Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına əmindirlər?! Həqiqətən, Rəbbin Şəfqətlidir, Mərhəmətlidir!" ("Nəhl" Surəsi, 45-47)

Allah diləsə, bir neçə saniyə sürən bu zəlzələlər saatlarla, hətta günlərlə davam edər. İnsanlar başlarına gələn fəlakətin dəhşətini gördükləri halda yeni fəlakətlərə məruz qala bilərlər. Şübhəsiz ki, bu da Allah üçün çox asandır. Lakin Allah insanları öz rəhməti ilə qoruyur. İnsanlara Özünün böyüklüyünü və Onun diləməsinə qarşı gəlməyin mümkün olmadığını xatırladır. Həmçinin dünyaya olan ehtirasın və bunun üçün çalışmağın heç bir əvəzinin olmadığını bildirir.

XX əsrdə meydana gələn ən böyük zəlzələləri və onun təsirlərini yada salmaq bu məqamda faydalı olacaq.

 

 


TEХNOLOGİYANIN MƏĞLUBİYYƏTİ: KOBE ZƏLZƏLƏSİ
Bəzən insanlar əllərində olan texnika ilə sanki təbiətə hökm edəcək bir qüvvəyə sahib olduqları kimi bir hissə qapılırlar. Halbuki belə güman edənlər qısa müddətdə yanıldıqlarının şahidi olacaqlar. Çünki nəticə olaraq texnologiya da Allahın insanların ixtiyarına verdiyi bir vasitə olub Onun əmri altındadır. Belə ki, müxtəlif hadisələr hətta ən yüksək texnologiyalar vasitəsilə də insanın təbiətə hökm edəcək qüvvədə olmadığını isbat etmişdir.

Məsələn, yaponların çox diqqətlə hazırladığı "zəlzələyə qarşı tədbir" texnologiyasına baxmayaraq 1995-ci ilin yanvar ayında səhərə yaxın davam etmiş zəlzələnin onları məğlub etməsindən xilas ola bilməmişlər. Yüksək texnologiya əsasında tikdikləri binaların çoxu kağız parçası kimi uçulmuşdu. Yapon hökuməti və universitetləri zəlzələni əvvəlcədən xəbər verən vasitəyə malik olmaq üçün apardıqları araşdırmalara son 30 il ərzində 1 milyard dollara yaxın kapital qoyublar. Lakin bu məsələdə uğur qazana bilmədilər, çünki yer üzündə olan zəlzələləri öyrənib ayırd edə bilmək üçün tam dəqiq modellər yaradıb inkişaf etdirmək mümkün deyil. Belə ki, Kobedə meydana gələn zəlzələ başqalarından çox fərqlənməsi baxımından buna misal ola bilər.

 

 


Kobedə olan əhali zəlzələni onlara bir neçə saat, hətta bir neçə gün əvvəldən xəbər verə biləcək sistemə güvənirdi. Lakin bu gözəl bir liman şəhərini bir anda alt-üst edən və mərkəzi Kobedən 25 km aralıda, dənizin 15 km dərinliyində olan zəlzələni heç bir sistem xəbər verə bilmədi. Yaponların "ən şiddətli zəlzələyə də dözür" dedikləri binaların bu zəlzələyə qarşı heç bir möhkəmliyinin olmadığı məlum oldu.

 

/p>


Zəlzələnin meydana gəldiyi Kobe və Osaka şəhərləri Yaponiyanın aparıcı sənaye və ticarət mərkəzlərindəndir. Buna görə də zəlzələnin vurduğu zərər milyardlarla dollara bərabər oldu.

Bu böyük zəlzələdən əvvəl çox yüksək səviyyədə həyat tərzi keçirən insanlar gözləmədikləri halda gələn bir fəlakət nəticəsində nəinki gələcəkdə, heç həmin anda da nə edəcəklərini bilmədilər.

 


TAYFUNLAR, QASIRĞALAR, FIRTINALAR...
Tayfun və qasırğa kimi atmosfer hadisələri də dünyada tez-tez rast gəlinən fəlakətlərdəndir. Bu hadisələr zamanı əmələ gələn küləklər bəzən evləri, binaları, taxta evləri, ağacları, elektrik dirəklərini və insanları sovuracaq qədər güclüdür.

Хüsusən də güclü tayfunlar dənizi çalxalayaraq nəhəng dalğaların əmələ gəlməsinə və dənizin qəfildən qabarmasına səbəb olur. Fırtına dalğası adlandırılan bu hadisədə dalğalar güclü təsirlə sahilə çırpılır. Bu, bəzən həmin sahədə olan quru hissənin tamamilə su altında qalması ilə nəticələnir. Bundan əlavə, tayfunla gələn yağışlar çaylarda ciddi daşqınlara səbəb olur.

 



Əsasən yüngül bir əsinti olaraq gördüyümüz küləyin bəzən insanları, heyvanları, nəqliyyat vasitələrini, hətta evləri də yerindən oynadıb hərəkət etdirəcək qüvvədə olması Allahın qüdrətinin daha bir dəlillərindəndir. Burada da onun zəlzələlər üçün olan qanunu həyata keçir. Allah diləsəydi, tayfun, qasırğa, fırtına kimi fəlakətlər daha şiddətli olar və tez-tez baş verə bilərdi. İnsanlar bir fəlakətdən xilas olmamış başqasına düçar ola bilərdilər. Küləklərin Allahın nəzarətində olması Quranda insanlara belə bildirilir:


"Göydə olanın yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?! Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları cəzalandırmağım necədir?" ("Mülk" Surəsi, 16-18)

 

 


Halbuki hər bir hadisədə olduğu kimi burada da Allah insanlar üzərindəki qorumasını bildirir və onlara ara-sıra göndərdiyi fırtınalarla xəbərdarlıq edir. Belə xəbərdarlıqlar insanların dünyaya nə məqsədlə gəldiklərini, Allahın qüvvəsi qarşısında aciz olduqlarını və bir gün Ona hesab verəcəklərini unutmamaları üçündür.

 


YANARDAĞLAR, VULKANLAR
Yer qabığının seysmik hərəkəti nəticəsində meydana gələn zəlzələlərlə yanaşı vulkanik dağlarda əmələ gələn partlayış və püskürmələr də mühüm təbii fəlakətlərə aiddir. Dünyada 550-si yer üzərində - 4 və digərləri də dənizin dibində olmaqla 1500-ə yaxın aktiv vulkan var. Bunlardan hər hansı birinin hər hansı bir zaman fəaliyyətə başlaması çox asan məsələdir. Bir vulkan püskürdükdə isə ətrafında olan böyük bir bölgəni öz təsiri altına alır. Heç bir texnologiya da bunun qarşısını ala bilməz.

Vulkanlar keçmişdə və bu gün olduqca böyük izlər buraxır. Vulkanlar keçmişdə mövcud olmuş şəhərləri yer üzündən silmiş, bir çox insanları yox etmişdir. Əkin sahələri yox olmuş, tarlalar külə dönmüş və göyün üzü də buludlarla tutulmuşdur.

Böyük bir fəlakət mənbəyi olan vulkanlar tarixdə Pompey kimi nəhəng şəhərləri yox etmişdir. Vezuvi kimi böyük bir vulkanın yanlış həyat tərzi keçirən, azğınlıq və ifratçılıq içində yaşayan bir xalqı bir anda məhv etməsi şübhəsiz ki, ibrətamiz bir hadisədir.

Bu gün də vulkanlar heç kimin gözləmədiyi bir anda püskürür və onların əmələ gətirdiyi lavalar uzun məsafə boyunca hərəkət edərək böyük dağıntılara və zərərlərə səbəb olur. Vulkan püskürməsinin lavadan başqa digər bir təsiri də qarşısına çıxan hər şeyi yandırıb-yaxan qaz və küldən ibarət küləkdir. Bu küləyin sürəti bəzən saatda 160 km-ə də çata bilir, onun yandırıcı təsiri olur, görmə məsafəsini yox edir.

 


Ərazisində 200 aktiv vulkan olan İndoneziyadakı Karakatou vulkanının 1883-cü ildə püskürməsi nəticəsində 160-dan artıq kənd məhv olmuş və 36000 insan bu zaman yaranan sunamidə boğulmuşdu. Bu püskürmənin tozları 10 gün sonra 3000 mil məsafəyə qədər çatmışdı.

Vulkanların başqa bir xüsusiyyəti də onların qəfil püskürməsidir. 150 il müddətində sönmüş Nevado del  Ruiz vulkanının 1985-ci ildə püskürməsini buna misal göstərmək olar. Yüzlərlə insanın ölümünə səbəb olan bu püskürmə əslində o qədər də böyük bir püskürmə deyildi. Əgər müqayisə etməli olsaq, bu, 1980-ci ildə meydana gələn müqəddəs Helens vulkanının püskürməsinin gücünün 3 faizinə bərabər idi. Nevado del Ruiz vulkanının püskürməsi ətrafa həmin bölgədə olan buz və qarı əridəcək qədər istilik yaydığı üçün palçıq və su seli dağın ətəklərindən gələrək Armero şəhərini yer üzündən silmişdi. Bu püskürmə 1902-ci ildə Karib adasında 30.000 insanın ölümü ilə nəticələnən Pelee vulkanının püskürməsindən bəri rast gəlinən ən böyük vulkan püskürməsi idi. Bu hadisə baş verən anda yatmağa hazırlaşan 25000 insandan yalnız 2000 nəfərinin sağ qaldığı məlum oldu. Yerdə qalan 23000 insan isə püskürmə zamanı palçıq selinin altında qalaraq tələf olmuşdu.

 


Qeyd etdiyimiz kimi, Allah bu hadisələrlə də insanlara ölümün nə qədər asan və yaxın olduğunu göstərir, onları dünyaya gəlmə məqsədləri barədə düşünməyə dəvət edir. Allahın belə sonsuz qüvvəsini görən insanların vəzifəsi isə dünyadakı 50-60 illik bir həyatlarını uzun görüb əbədi axirət həyatlarını unutmamaqdır. Bütün insanlar bilməlidir ki, nə olursa olsun, onlar bir gün Allahın hüzurunda dünyadakı əməllərinə görə hesab verəcəklər:


"Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!" ("İbrahim" Surəsi, 48)

 

 


SUNAMİLƏR
Yapon sözü olan sunami "liman dalğası" deməkdir. Bunlar əsasən zəlzələlərdən sonra əmələ gələn nəhəng dalğalardır. Bu nəhəng dalğaların təsir gücünün bəzən atom bombasının törətdiyi dağıntılar qədər dağıntıya səbəb olduğu sübuta yetirilib.

 

 


SELLƏR
Şübhəsiz ki, yer üzünün bir çox bölgələrinin belə ciddi fəlakətlərlə üz-üzə qalması mühüm bir həqiqəti göstərir. Allah insanlara hər cəhətdən əzab göndərməyə və onların bütün qazandıqlarını bir neçə saniyədə əllərindən almağa qadirdir. Fəlakətlərin yer üzünün hər bir tərəfində ola bilməsi insanların Allahın diləməsindən kənar heç bir yerdə təhlükəsizlikdə ola bilməyəcəyinə sübutdur. Allah əzabını istədiyi şəkildə - yerin altından, üstündən, qurudan və dənizdən göndərə bilər. İnsanların bu həqiqəti gözardı etməməsi üçün Allah belə buyurur:


"Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!" ("Əraf" Surəsi, 97-99)


Belə ki, Allahın nemət və gözəllik olaraq verdiyi su yenə də Allahın diləməsi ilə böyük bir əzab vasitəsinə çevrilə bilər. Hər il belə fəlakətlərin şahidi olsalar da bəzi insanların bundan hələ də nəticə çıxarmaması, özlərini bu fəlakətlərdən uzaq görməsi təəccüb doğurur.

 

 


 

TARİХİN İBRƏTAMİZ NÜMUNƏSI: "TİTANİK" GƏMİSİ
Dünya tarixi öz gücünə və texnologiyasına güvənib Allahın qüdrətini unutmuş insanların başına gələn ibrətamiz hadisələrlə zəngindir. Bu hadisələrin hər biri nə gücün, nə zənginliyin, nə elmin, nə texnologiyanın, qısası, heç bir şeyin Allahın gücündən üstün olmadığının isbat edilməsi və onun qüvvəsinin və böyüklüyünün hər şeyin fövqündə olmasının insanlara bir daha xatırladılması baxımından olduqca mühümdür.


 

Saysız-hesabsız misallarını göstərə biləcəyimiz bu hadisələrin ən bariz nümunələrindən biri "Titanik" adlı transatlantik gəminin təxminən 86 il əvvəl qarşılaşdığı fəlakətdir. "Titanik" 15 min insanın əməyi nəticəsində hazırlanan nəhəng səyahət gəmisi idi. Hündürlüyü 55 m, uzunluğu 275 m olan bu gəmi o zamana qədər ən nəhəng gəmi idi. Bu gəmi texniki cəhətdən yüksək səviyyədə hazırlandığı üçün insanlar bu gəminin heç bir şəraitdə batmayacağına əmin idilər. Lakin həmin insanlar mühüm bir həqiqəti unudurdular ki, Allahı unudub Onun qüvvəsini hesaba almamaq mümkün deyil. Belə ki, çox kiçik bir zədə gəminin sıradan çıxmasına və çox qısa müddətdə batmasına səbəb oldu.

 

 


Həmin hadisədən xilas olanların bildirdiyinə görə, batacaqlarını görən insanlar gəminin göyərtəsində dayanıb Allaha dua edirdilər. Belə ki, Quranın bir çox ayələrində insanların çətin anlarında Allaha dua etdikləri, lakin bu vəziyyətdən çıxdıqdan sonra həmin duanı unutduqları bildirilir:


"Sizin üçün nemətindən özünüzə ruzi axtarmaq məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı Rəhmlidir! Sizə dənizdə bir çətinlik üz verdiyi zaman qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda üz döndərirsiniz. İnsan nankordur! Məgər quruda sizi yerə batırmayacağına, yaxud başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz. Yoxsa bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq bir kəs də tapa bilməzsiniz" ("İsra" Surəsi, 66-69)


Bir insanın həyatında belə bir hadisəni yaşayıb-yaşamamasından asılı olmayaraq o, dünyadakı hər şeyin müvəqqəti olduğunu əsla unutmamalıdır. Çünki insan belə bir hadisə ilə qarşılaşdığı zaman bir daha həmin səhvləri düzəltmək imkanı olmaya bilər. Allah insanın gözləmədiyi bir şəraitdə ölümü onun qarşısına çıxara bilər:


"Məgər onlar göylərin və yerin mülkünə, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna inanmadıqdan sonra hansı kəlama inanacaqlar?" ("Əraf" Surəsi, 185)

 

 

ALLAHIN BİR RƏHMƏTİ KİMİ


"Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə batırdıq, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər" ("Ənkəbut" Surəsi, 40)

Bura qədər qeyd olunanlar mövcudluqlarının həqiqi məqsədini unudaraq yaşayan insanlara mühüm bir həqiqəti bildirmək məqsədi daşıyır. Dünyada heç bir şey Allahdan ayrı, Ondan azad deyil. "... Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" Surəsi, 21) ayəsində də bildirildiyi kimi, heç bir qüvvə Allaha qarşı çıxa bilməz.

Lakin ayədə göstərildiyi kimi, "insanların əksəriyyəti" bunu bilməzlər. Onlar dünyada heç bir problemlə qarşılaşmayacaqlarını, başlarına heç bir iş gəlməyəcəyini güman edirlər. Hətta ətraflarında baş verən fəlakətlərlə bir gün özlərinin də qarşılaşacaqlarını düşünmək belə istəmirlər. Əgər doğrudan da bir bağlılıqları yoxdursa, haqqında danışılan hadisələri özlərindən uzaq görürlər. Ola bilsin ki, bu hadisələri eşitdikləri zaman bir qədər təsirlənsinlər, lakin bir müddət keçdikdən sonra yenə də unudurlar.


Halbuki hər yeni günün əvvəlki gün kimi olacağını düşünmək olduqca yanlış bir fikirdir. Bu bölümdə qeyd etdiyimiz bəlalara bənzər fəlakətlərə məruz qalan insanlar da əlbəttə ki, şahid olduqları fəlakət günlərinin də başqa günlərdən fərqli olmadığını düşünmüşlər. Lakin həmin gün onlar üçün başqa günlərdən fərqli olmuş və Allah onları sahib olduqları hər şeyi bir anda itirə biləcəklərini göstərən bir hadisə ilə üzləşdirmişdir.

İnsanların əksəriyyəti bu mühüm həqiqəti bilmir. Həm dünyanın müvəqqəti bir həyat olduğunu unudur, həm də Allaha hesab verəcəklərini nəzərə almırlar. Bu qəflətə görə də Allah rizası üçün yaşamaları lazım olan həyatı onlara heç bir fayda verməyən işlərlə boş yerə keçirirlər.


Buna görə də insanların başlarına gələn çətinliklər həm özləri, həm də onlara şahid olan insanlar üçün Allahın bir rəhmətidir. Bu yolla Allah dünyanın müvəqqəti bir məkan olduğunu onlara göstərir, "həqiqi məkan" olan axirətə hazırlıq görməyə təşviq edir. Buna görə də əslində dünyada insanların başına gələn bəlaların bir çoxu Allahın onlara verdiyi bir fürsətdir. Bu bəlalar onların tövbə etməsi və davranışlarını düzəltməsi üçün verilir. Bütün bu hadisələrdən insanların alacaqları ibrəti Allah Quranda belə bildirir:


"Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!" ("Tövbə" Surəsi, 126)

 

;