Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

LUT PEYĞƏMBƏRİN XALQI VƏ ALT-ÜST EDİLMİŞ ŞƏHƏR

“Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik, yalnız Lutun ailəsini səhər çağı xilas etdik. Dərgahımızdan bir lütf olaraq! Biz şükr edəni belə mükafatlandırırıq! And olsun ki, onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə şübhə edib inanmamışdılar” (“Qəmər” surəsi, /33-36).

 

Lut peyğəmbər İbrahim peyğəmbərlə bir dövrdə yaşayıb. Tövrata görə, Lut İbrahimin qardaşı oğlu idi və hətta onu uzun səyahətlərdən birində müşayiət edirdi.

 

Lut İbrahimə qonşu xalqlardan birinə peyğəmbər olaraq göndərilmişdi. Quran bu xalqın etdiyi iyrəncliklərdən və pozğunluqlardan bəhs edir, kişilər arasında indiyə qədər görünməmiş pozğunluq - homoseksualizm çiçəkləyirdi. Lut onları Allahın xoşuna gəlməyən bu eyibdən əl çəkməyə çağırdı və Allah-Təalanın müqəddəs çağırışı ilə onlara müraciət etdi, sakinlər isə köhnə həyat tərzini üstün tutdu və Lutun peyğəmbərliyinə fikir verməyib ondan imtina etdilər. Ancaq Allahın qəzəbi özünü çox gözlətmədi və şəhər sakinləri qorxunc təbii fəlakətlə məhv edildilər.

 

Əhdi-ətiqə görə, Lut peyğəmbər Sodom şəhərində yaşayırdı. Arxeoloji tədqiqatlar bu şəhərin indiki İordaniya-İsrail sərhəddi ilə uzanan Duzlu gölün (Ölü dənizin) yaxınlığında yerləşdiyini göstərdi. Həmçinin aydın oldu ki, Qırmızı dənizdən şimal tərəfdə yaşayan xalqın qırılmasının səbəbi məhz Quranda göstərilənlərdir.

 

Lut xalqının başına gəlmiş cəzadan danışmazdan əvvəl Allah-Təalanın bu cür sərt qərarının səbəbini izah edən Quran ayələrini gətirək. Lut peyğəmbərin yolunu azmış xalqa yönəlmiş nəsihətləri:

 

“Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!” Onlar  dedilər: “Ey Lut! Əgər bu sözlərinə, son qoymasan, mütləq qovulacaqsan!”Lut dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!” (“Şuəra” surəsi, 26/160-168).

 

Xalq Lutun tövbə etməyə və düzgün yola çağırışına hədə ilə cavab verdi. İnsanlar Luta haqq yolunu göstərdiyinə görə nifrət edirdilər və onu möminlərlə bərabər qovmaq qərarına gəldilər. Bu haqda Quran ayələrində belə deyilir:


“Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlıqı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” Lut tayfasının cavabı: “Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!” - deməkdən başqa bir şey olmamışdı” (“Əraf” surəsi, 80-82).

 

Lut peyğəmbər xalqını tam aşkar həqiqətə səsləyirdi və onları aydın rəmzlərlə xəbərdar edirdi, ancaq xalq heç bir tədbir görməyərək buna əhəmiyyət vermirdi. Luta və onlar üçün hazırlanmış cəzalara gülərək şərəfsizlikdə və namussuzluqda israr edirdi:

 

“Lut bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətənmi siz kişilərə yaxınlaşır, yol kəsir  və məclislərinizdə çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğrudanışanlardansansa, bizə Allahın əzabını gətir!” - deməkdən ibarət oldu” (“Ənkəbut” surəsi, 28-29).

 

Xalqından bu cür cavab eşidən Lut peyğəmbər Allahdan kömək diləyirdi:

 

“Lut: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” - dedi” (“Ənkəbut” surəsi, 29/30).

 

 “Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!” (“Şuəra” surəsi, 26/169).


Allah Lutun dualarına kişi şəkilli iki mələk göndərir. Onlar Lutun yanına gəlməzdən əvvəl İbrahimə baş çəkirlər. Elçilər İbrahimə onun sonsuz və yaşlı arvadının doğacağı uşaq, həmçinin öz əsas missiyaları - bütün sərhədləri aşan Lut xalqının ölümə məhkum edilməsi haqda xəbər verirlər.


“Sonra İbrahim dedi: “Ey elçilər! Sizin işiniz nədir?” Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!” (“Zariyat” surəsi, 51/31-34).


“Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlarnı içində qalanlardan olacaqdır!” (“Hicr” surəsi, 15/59-60).


Elçi-mələklər İbrahimi tərk edərək Lut peyğəmbərin yanına gəldilər. O, əvvəlcə onları tanımadı və çox həyəcanlandı, onlarla danışdıqdan sonra isə sakitləşdi:


“Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi (“Hud” surəsi, 11/77).


“Lut dedi: “Siz yad adamlarsınız!” Belə cavab verdilər: “Xeyr, biz sənin yanına onların şübhə etdikləri şeylə gəlmişik! Biz sənə doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğrudanışanlarıq! Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın. Sizə əmr olunan yerə gedin!” Və ona vəhy etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq” (“Hicr” surəsi, 15/62-66).


Bu zaman Lutun qonaqları haqqında xəbər bir anda şəhərə yayıldı. Əxlaqsız xalq bu qonaqlara dəyişməz fikirləri ilə yaxınlaşmaqdan çəkinmədi və Lutun evini əhatəyə aldı. Xalqın niyyətindən narahat olan və öz qonaqları qarşısında eyibdən qorxan peyğəmbər xalqını səsləndi:


“Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! Allahdan qorxun və məni xar etməyin!” (“Hicr” surəsi, 15/68-69).


“Onlar: “Məgər biz sənə adamları qadağan etmədikmi?” - deyə soruşdular” (“Hicr” surəsi, 15/70).


Lut qonaqlarına dəyəcək xətərdən narahat olaraq və xalqını sakitləşdirmək üçün əlindən gələn hər şeyi edərək ürəklərdə səsləndi:


“Lut dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud  möhkəm bir arxaya söykənəydim!” (“Hud” surəsi, 11/80).


Qonaqlar isə Allah elçiləri olduqlarını bildirərək ona dedilər:


“(Elçilər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?”” (“Hud” surəsi, 11/81).


Şəhər sakinlərinin iyrəncliyinin və alçaqlığının həddini aşdığını görən Allah Luta səhər ikən ona şəhəri tərk etməyi və heç bir halda şəhərə tərəf dönməməyi əmr edən mələklər göndərməklə Lutu xilas etdi. Səhər isə Lut peyğəmbərin xalqını xəbərdar etdiyi cəza baş verdi:

 

“Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!” dedik. And olsun ki, səhər tezdən onları əbədi bir əzab yaxaladı” (“Qəmər” surəsi, 54/37-38).


Allahın yolunu azmış xalqa yönələn qəzəbi Quranda belə təsvir edilir:    


“Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünu çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!” (“Hicr” surəsi, 15/73-76).


“Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O zalimlərdən də uzaq deyildir!” (“Hud” surəsi, 11/82-83).


“Sonra da o biriləri məhv edib kökünü kəsdik. Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!” (“Şuəra” surəsi, 26/172-175).


Xalq məhv edildi, Lut və bəzi möminlərsə xilas oldular. Lutun xanımı da öldü, çünki o da Rəbbdən imtina edənlərin sırasında idi:


“Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!” (“Əraf” surəsi, 7/83-84).


Lut peyğəmbər, xanımını çıxmaq şərti ilə onun ailəsi və möminlər bu cür xilas oldular. Əhdi-ətiq xəbər verir ki, Lut İbrahim peyğəmbərin yanına getdi, yolunu azmış xalq isə yer üzündən silindi.

 

 

Lut gölünün “aydın əlamətləri”

 

Allah Lut xalqının başına gəlmiş cəza haqda Quranda belə bəhs edir: Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq” (“Hud” surəsi, 11/82). Ayənin əvvəlində işlədilmiş “altı üst etmək” ifadəsi bəlkə şəhərin yer üzündən güclü zəlzələ ilə silinməsi deməkdir. Hadisələr özündə burada baş verənlərin “aydın əlamətlər”ini dəqiq şəkildə saxlayan Lut gölü rayonunda baş verirdi. Alman arxeoloqu Verner Keller bu haqda belə deyir:


“Bir vaxt bu rayonda özünü büruzə verən böyük çöküntü zamanı burada şimşəklərlə, təbii qaz partlayışları və yanğınlarla müşayiət edilən dəhşətli zəlzələ baş verdi və Siddim dərəsi Lut xalqının şəhərləri ilə birlikdə yerin altına çökdü”.


Lut gölü və ya Ölü dəniz fəal seysmik zonanın episentrində yerləşir:


“Ölü dənizin dibi Rift dərəsi adlanan tektonik mənşəli çökəkdə yerləşir. Bu dərə Bəhr-Təbariyə (Tiveriad gölü) gölünün şimalından cənubda Arabah dərəsinin ortasına qədər uzanan üç yüz kilometrlik zonada əsas yer tutur”.
Ayədə təsvir edilən “üzərinə bişmiş bərk daşlar yağdırdıq” hadisə Lut gölü sahilində baş vermiş vulkan partlayışından və bunun nəticəsində qaya və daş parçalarının göyə qalxmasından başqa bir şey deyil.
Quranda bu hadisə belə təsvir edilir:


“Onların üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!” (“Şuəra” surəsi, 26/173)


Verner Kellerin daha bir müşahidəsi:
“Yer qabığının çökməsi bu zəlzələ zamanı yer qabığı altında yatan vulkanları azad etdi. İordan çayının yuxarı dərəsində bu gün də sönmüş kraterləri görmək olar; burada əhəngdaşı laylarının üstündə donmuş lavaların və bazalt təbəqələrinin böyük kütlələri yerləşir”.


Yerdə məhz massiv lava və bazalt qatlarının olması burada vulkanik partlayış və zəlzələnin olmasının ən aşkar sübutudur. Quranda təsvir edilən “üzərinə odda bişmiş bərk daşlar yağdırdıq” hadisəsi çox güman ki, bu vulkanik partlayışın təsviridir. Elə həmin ayədə sonrakı hadisə haqda deyilən “Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik” ifadəsi Rift dərəsində vulkan püskürməsinin ardınca gələn tektonik mənşəli zəlzələ və bunun ardınca gələn yer qabığı hissəsinin çatları olmalıdır.


Lut gölünün özündə daşıdığı “aşkar əlamətlər” həqiqətən çox informativdir. Quranda adı çəkilən hadisələr Yaxın Şərq, Ərəbistan yarımadası və Misir regionunda baş verirdi. Lut gölü bu ərazinin düz mərkəzində yerləşir. Lut gölü həmçinin həm tarixi, həm də geoloji nöqteyi-nəzərdən xüsusi diqqət cəlb edir. Göl Aralıq dənizi səviyyəsindən 400 metr aşağıda yerləşir, gölün ən dərin nöqtəsinin 400 metr dərinliyində yerləşdiyini nəzərə alsaq, bu gölün dibi Aralıq dənizi səviyyəsindən 800 metr aşağıda yerləşir. Bu isə Yer kürəsinin ən aşağı nöqtəsidir.


Yerin digər regionlarında bu ölçü yüz metri keçmir. Lut gölü suyunda 30 faizə çatan duzun yüksək qatılıq dərəcəsi ilə də fərqlənir. Buna görə də göldə heç bir canlı orqanizm yaşamır, bu isə bir sıra Qərb dillərində “Dead Sea” (Ölü dəniz) kimi adlanan Lut gölünün adlarından birini izah edir.


Lut xalqının başına gələn təbii fəlakət arxeoloqların gümanına görə, e.ə. 1800-cü illərdə baş verib. Alman alimi Verner Keller arxeoloji və geoloji tədqiqatların nəticələrinə arxalanaraq izah edir ki, Sodom və Homorra şəhərləri Lut gölünün ən cənub nöqtəsində - Siddim dərəsi adlanan yerdə yerləşirdilər və bir vaxtlar burada iri məskunlaşma rayonları var idi.


Ən maraqlısı odur ki, Lut gölünün quruluşu bu hadisənin necə baş verməsini təsdiqləyir.
“Lut gölünün şərq hissəsində yarımada əmələ gətirən və dili xatırladan quru hissə gölün ortasına gedir. Ərəblər bu hissəni “əl-Lisan”, yəni “dil” adlandırıblar. Burada gölün dibində gölü sanki iki yerə bölən, ancaq kənardan gözə görünməyən kəskin çat (yarıq) keçir. Gölün yarımadanın sağ tərəfindəki dərinliyi 400 metr təşkil edərkən sol tərəfi qəribə şəkildə kiçikdir. Son zamanlar aparılan ölçmələr göstərir ki, bu yerdə dərinlik ancaq 15-20 metrə çatır. Müəyyən edildiyi kimi, dərin olmayan bu hissə adıçəkilən zəlzələnin və onun yaratdığı massiv çöküntünün nəticəsində gölün özündən sonra əmələ gəlib. Keçmişdə Sodom və Homorra şəhərlərinin yerləşdiyi ərazi elə budur, yəni Lut peyğəmbər xalqının yaşadığı yer.


Bir vaxtlar buradan qarşı sahilə piyada getmək olardı. Keçmişdə Siddim dərəsində yerləşən Sodom və Homorra şəhərləri indi Ölü dəniz sularının altında gizləniblər.


Bu yerdə e.ə. təxminən 2000-ci ildə baş vermiş dağıdıcı zəlzələ nəticəsində dənizin dibinin çökməsi şimaldan gələrək sonralar əmələ gəlmiş boşluqları dolduran duzlu suların axınına səbəb olub”.


Lut xalqının sivilizasiyasının izləri bu gün də görünür. Lut gölünün bu aşağı hissəsində qayıqla gəzinti zamanı aydın gündə, günəş şüaları su səthindən müvafiq bucaq altında əks ediləndə insan qəribə panorama ilə qarşılaşır.


Sahildən bir az aralıda gölün duzları ilə son dərəcə bol-bol “konservləşdirilmiş” ağaclar görünür. Su altında yaşıl görünən ağac budaqları və gövdələri əslində çox nazik və kövrəkdir. Bir zamanlar bu ağacların çiçəklədiyi və ərazini qalın yarpaqlar arxasında görünməz edən bu yer məhz Siddim dərəsi - bu diyarın təbiətinin gözəl guşəsidir.

 

Lut xalqının yaşadığı yerdə zəlzələyə səbəb olan fiziki proseslər geoloqların apardığı tədqiqatlardan aydın olur. Onlar belə nəticəyə gəlir ki, Lut xalqını məhv edən bu fəlakət Iordan çayının yatağını təşkil edən və 190 km uzunluğu olan, ümumiyyətlə, 180 metr səviyyədən aşağı enən ərazidə yer qabığının yarılması nəticəsində baş verib.


Bu fakt və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağıda yerləşməsi burada bir zamanlar bir geoloji-tektonik kataklizmin baş verməsinin ən vacib sübutlarından biridir.


Lut gölünün və Iordan çayının bu qəribə quruluşu Yer kürəsinin bu rayonundan keçən çatın və ya sınığın yalnız kiçik hissəsindən ibarətdir. Geoloqlar bu çatın vəziyyətini və uzunluğunu bu yaxınlarda müəyyən ediblər.


Tavra dağının ətəklərindən başlayan bu çat Lut gölünün cənub sahilindən və Ərəbistan səhrasından keçir, oradan Əkəb körfəzinə çatır və Qırmızı dənizdən keçərək Afrikada yolunu bitirir. Bu çatın uzunluğu boyunca güclü vulkanik hərəkətlərin olması məlumdur. İsrailin Qaliley dağlarında, İordaniyanın uca dağlı yaylarında, Əkəb körfəzində və yaxınlıqda yerləşən başqa rayonlarda donmuş lavaya və ya qara bazaltın daşlaşmış qalıqlarına rast gəlmək olar.


Yer quruluşunun bütün bu qalıqları və geoloji xüsusiyyətləri Lut gölündə iri geoloji-tektonik hadisənin baş verməsinin reallığını sübut edir. Alman arxeoloqu və tarixçisi Verner Keller bu haqda belə yazır:
“Bir zamanlar bu rayonda özünü büruzə verən iri çöküntü zamanı burada şimşəklə, təbii qazların partlayışı və yanğınlarla müşayiət edilən qorxulu zəlzələ baş verib və Siddim dərəsi Lut xalqının şəhərləri ilə birlikdə yerin dibinə çöküb. Bu zəlzələ zamanı Yer qabığının çökməsi Yer qabığı altda yatan vulkanları azad etdi. İordan çayının üst dərəsində bu gün də sönmüş kraterləri görmək olar: burada əhəngdaşı laylarının üstündə çoxlu iri donmuş lava və bazalt təbəqələri yerləşir”.


“National Geographic” jurnalının 1957-ci il dekabr nömrəsində bu Bibliya süjetinə həsr edilmiş məqalələr silsiləsində xəbər verilirdi:


“Sodom yüksəkliyi Ölü dəniz istiqamətində qalxır. İndiyə qədər heç kəs itmiş Sodom və Homorra şəhərlərini tapa bilməyib, ancaq alimlərin fikrincə, bu şəhərlər hələ də qayalıq sahili ilə üzbəüz yerləşən Siddim dərəsində dururlar. Çox güman ki, onlar zəlzələdən sonra Ölü dənizin gur suları altında qalıblar”.

 

 

Pompeyin aqibəti

Quran bizə bildirir ki, Allah-Təalanın göndərdiyi əmrlər dəyişməzdir:


“Özlərinə qorxudan bir peyğəmbər gələcəyi təqdirdə hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı. Yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!” (“Fatir” surəsi, 35/42-43).


Allahın qanunlarında özünü görməməzliyə vurma, üzgörənlik etmə yoxdur, Onun əmrlərinə etinasızlıq edən hər bir kəs cəzalandırılacaq. Pompey şəhəri seksual pozğunluqlar və iyrəncliklər içində batan Roma imperiyasının mənəvi-əxlaqi süqutunun ümumi rəmzidir. Pompeyin məhv olmasının tarixi Lut xalqının aqibəti ilə xeyli ümumi xüsusiyyətlərə malikdir.


Vezuvi vulkanının püskürməsi Pompey fəlakətinə səbəb oldu. Neapolun yaxınlığında yerləşən bu vulkan Italiyanın rəmzidir. Artıq 2000 il ərzində yatan Vezuvi boş yerə “İbrət dağı” adlandırılmır.


Öz kədərli aqibəti ilə məşhur olan Sodom və Homorranın başına gələn bu fəlakətin Pompey hadisəsi ilə çox oxşarlığı var.


Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yerləşir. Təxminən 2000 il əvvəl baş vermiş vulkan püskürməsi şəhəri bir anda məhv etdi. Pompeyə yönələn lava və kül selləri şəhər sakinlərini bir anda yaxaladı. Şəhərin fəlakətli şəkildə məhv olması o qədər ani şəkildə baş verdi ki, bütün sakinlər vulkan süxuru qalıqları altında təbii pozalarda saxlanırlar və hər şey olduğu kimi elə qalıb ki, sanki iki min il əvvəl zaman qəfildən dayanıbmış.


Pompeyi bu şəkildə məhv edən Allahın qəzəbinin ciddi səbəbləri var idi. Tarixi sənədlər dəlalət edir ki, şəhər fəlakətdən əvvəl əxlaqsızlığın və pozğunluğun əsl mərkəzi idi. Şəhərin fərqləndirici xüsusiyyəti fahişəliyin son dərəcə yüksək səviyyəsi idi. Şəhərdə fahişəxanaların sayı o qədər çox idi ki, hətta Pompeyin sakinləri belə onların minlərlə hesablanan sayı haqda dəqiq məlumat verə bilmirdilər. Bordellərin qapılarında kişi cinsi orqanının tam həcmdə rəmzləşdirən heykəlcikləri asılırdı. Mitraizm ayininə istinad edən Pimpey sakinləri arasında yayılmış adətə görə, cinsi orqanlar və cinsi akt kimi bu cür xüsusiyyətlər mütləq açıq nümayiş etdirilməli idi.

 

Vezuvidən axan qızmar lava şəhəri bir anda yer üzündən sildi. Bir fakt maraqlıdır ki, qorxulu gurultu və vulkan partlamasına baxmayaraq heç kəs baş verənin mahiyyətini anlaya və qaça bilmədi, sanki hər kəs tilsimlənmişdi. Arxeoloqlar faciə vaxtı süfrə arxasında oturmuş və heç bir dəyişikliyə məruz qalmadan daşlaşmış ailənin qalıqlarını aşkar ediblər. Cinsi əlaqə zamanı bir anda donmuş xeyli cütlərin qalıqlarına da rast gəlinirdi. Ən möcüzəli odur ki, bu cütlər arasında təkcə homoseksuallar deyil, uşaqlar da vardı. Qazıntılar zamanı çıxarılmış bəzin insanların sifətlərinin ifadəsi belə dəyişməmişdir. Onların üzündə bir qayda olaraq çaxnaşma və çaşqınlıq ifadə olunurdu.


Fəlakətin ən izah edilməyən vəziyyəti məhz burada gizlənib. Necə olub ki, minlərlə insan heç nə görməyərək və eşitməyərək, xilas olmaq üçün heç bir tədbir görməyərək sakitcə ölümün gəlişini gözləyirdi?
Bu amil Pompeyin yoxa çıxmasından əvvəlki real hadisələrlə bizim diqqətimizi bütöv bir şəhərin bir anda itməsinə yönəldən Quran təsvirləri arasındakı oxşarlığı göstərir. Məsələn, “Yasin” surəsində bir anda həlak olmuş “kəndin yiyələri” haqda bəhs edilir. Bu surənin 29-cu ayəsində hadisə haqda belə deyilir:


“Onların cəzası ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər” (“Yasin” surəsi, 36/29).


“Qəmər” surəsinin 31-ci ayəsində səmudyanların ölümündən bəhs edilir və bu ayədə də xalqın ani ölümü xatırlanır:


“Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər” (“Qəmər” surəsi, 54/31).


Arxeoloji qazıntılar zamanı əldə olunan faktlar sübut edir ki, Pompey sakinləri eynilə Qurani-Kərimdə deyildiyi kimi, bir anda qırılıblar.


Ancaq onlar Allahın bütün xəbərdarlıqlarına baxmadılar və Allah-Təalanın qəzəbi əxlaqsız Pompey sakinlərini məhv etdi ki, bu, gələcək nəsillərə ibrət olsun. Keçmiş Pompeyin yerində yaşayan insanların həyat tərzi Allahın qəzəbinə səbəb olan bu şəraitdən çox az fərqlənir. Pompey xarabalığının yaxınlığında yerləşən Kapri adası bu gün homoseksualların, lesbiyanların və nudistlərin bir növ istirahət paytaxtıdır, turist reklamı hamını bu “homoseksuallar cənnətini” ziyarət etməyə səsləyir. İnsanların həyat tərzində heç nə dəyişməyib, onları yenə də öz iyrəncliklərinə və əxlaqsızlıqlarına israrla davam edirlər. Bunlar təkcə İtaliyada və ya Kapri adasında baş vermir. Mənəvi degenerasiya müasir aləmdə hər yerdə müşahidə edilir, insanlar keçmiş xalqların başına gələn faciəni təəssüf ki, xatırlamaq istəmirlər.