Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

HƏZRƏTİ İBRAHİMİN HƏYATI

“İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O, ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” (“Ali-İmran” surəsi, 3/67-68).

 

Qurani-Kərim insanlara İbrahim peyğəmbərin həyatı və əməlləri haqda dəfələrlə xatırladır və Onu insanlara nümunə göstərir. O, bütlərə səcdə edən xalqına Allah-Təalanın vəhyini gətirdi. Ancaq insanlar peyğəmbərin çağırışına baxmadılar və ona qarşı çıxdılar. İbrahim öz xalqının artan təzyiqləri altında həyat yoldaşı ilə, Lut peyğəmbərlə və bəzi möminlərlə birlikdə doğma diyarları tərk etməyə məcbur qaldı.

 

Quranda ən əvvəl İbrahimin əsil-nəcabətindən bəhs edilir. O, Nuh peyğəmbərin nəslindən idi:


“Bütün aləmlər içərisində Nuha salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Sonra başqalarını suda boğduq. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi” (“Saffat” surəsi, 79-83).

 

O dövrdə Mesopotamiyada, Orta və Şərqi Anadoluda yaşayan xalqlar göyə və ulduzlara sitayiş edirdilər. Onların əsas tanrısı Ay tanrısı Sin idi. O, paltarlarda aypara ilə uzunsaqqalı qoca obrazında təsvir edilirdi. Bundan əlavə, insanlar bu tanrıların obrazlarını hazırlayır, kiçik fiqurlar düzəldir və onlara səcdə edirdilər. Bu inamlar qeyd edilmiş coğrafi regionda geniş yayılmışdı. Həmin etiqadlar Yaxın Şərqdə də davamçıları olduqlarına görə uzun müddət fəaliyyət göstərdilər.

 

Bu rayonda yaşayan xalqlar eramızın 600-cü illərinə qədər bu tanrıcıqlara itaət etməkdə davam edirdilər. Mesopotamiya və Orta Anadoluda məbəd və rəsədxana kimi istifadə edilən və “zikkurt” adı ilə tanınan xüsusi tikililər qalmışdır; burada xeyli tanrılara, əsasən də Ay tanrısınə - Sinə sitayiş ayinləri icra edilirdi...12

İndi yalnız arxeoloji tədqiqatlar yolu ilə aşkar etmək mümkün olan xurafatın izləri Quranda xatırladılır. İbrahim peyğəmbər bu bütlərə itaət etməkdən boyun qaçırır və yeganə həqiqi Tanrının - Allah-Təalanın mövcudluğunu etiraf edir. İbrahimin bu hərəkəti haqda Quranda belə deyilir:

 

“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” - dedi. Ulduz batdıqda isə: “Mən batanları sevmirəm”, - söylədi. Sonra doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” - dedi. Ay batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi. Daha sonra doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” - dedi. Günəş batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!” (“Ənam” surəsi, 74-79).

 

Quranda İbrahim peyğəmbərin doğum və yaşayış yeri haqda məlumat yoxdur. Ancaq aydındır ki, İbrahim və Lut eyni bir dövrdə və bir-birinə coğrafi yaxın ərazidə yaşayırdılar, çünki Luta göndərilmiş mələklər onu görməzdən əvvəl İbrahim peyğəmbərin yanına gəldilər və onun arvadına uzun zaman gözlənilən uşağın yaxın müddətdə boyuna düşəcəyi haqda xeyir xəbər gətirdilər.

İbrahim peyğəmbərdən bəhs edən və Əhdi-ətiqdə olmayan Quranın digər süjeti Kəbənin tikintisidir. Qurandan bizə bildirildiyi kimi, İbrahim Kəbəni öz oğlu Ismayılla birlikdə tikirdi.


“Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” - deyə dua etdilər” (“Bəqərə” surəsi, 127).

 

İndi yalnız o məlumdur ki, uzun zamanlardan bəri o yer müqəddəs hesab edilir. Buna görə də Kəbədə cahiliyyə dövründə (sonuncu peyğəmbər Məhəmmədin (s.ə.v.) gəlişinə təsadüf edən İslamdan öncəki dövr) bizə belə nəticə çıxarmağa imkan verir ki, bu, İbrahim peyğəmbərin gətirdiyi əsl dinin tənəzzülünə və degenerasiyasına səbəb oldu.

 

 

ƏHDI-ƏTİQDƏ İBRAHIM PEYĞƏMBƏRİN DOĞUM YERİ HAQDA

İbrahim peyğəmbərin doğum yeri həmişə mübahisə mövzusu olub. Həm xristianlar, həm də yəhudilər İbrahim peyğəmbərin Cənubi Mesopotamiyada anadan olduğunu iddia edərkən İslam aləmində yayılmış fikrə görə, İbrahim indiki Suriya sərhədlərinin yaxınlığında, Anadolunun cənub-şərqində yerləşən Urfa - Harrana şəhərinin ətrafında anadan olub. Son tarixi məlumatlar xristian və yəhudi iddialarının həqiqəti tam əks etdirmədiyini göstərir.

 

Xristian və yəhudilər Tövratda İbrahim peyğəmbərin doğulduğu yerin Cənubi Mesopotamiyanın Ur şəhəri olduğu haqda məlumatlara arxalanaraq bu qənaətə gəlirlər. O bu şəhərdə doğulub və böyüdükdən sonra Harrana vilayətindən (indiki Türkiyə ərazisindən kənarda yerləşən) keçərək Misirə yola düşüb. İbrahim uzun səyahətin sonunda nəhayət, Misirə çatır.

 

Əhdi-ətiqin bu yaxınlarda tapılmış nüsxəsi bu məlumatın mötəbərliyi ilə bağlı ciddi şübhələrə səbəb oldu. Çünki qədim yunan dilində tərtib edilən, e.ə. III əsrə təsadüf edən və bu gün Əhdi-ətiqin ən köhnə nüsxəsi sayılan bu nüsxədə Ur şəhərinin hətta adı da çəkilmir. Bu gün Əhdi-ətiqin əksər tədqiqatçıları belə düşünürlər ki, “Ur” sözü düzgün yazılmadığından əmələ gəlib və ya mətnə sonradan əlavə edilib. Bu məlumatlara əsasən mühakimə yürüdülsə, İbrahim peyğəmbər Ur şəhərində anadan olmayıb, o bu diyarda bəlkə də heç olmayıb.

 

Bir şeyi nəzərdən qaçırmaq olmaz ki, bəzi coğrafi yerlərin adı və bu rayonların sərhədləri o dövrdən bəri xeyli dəyişikliklərə məruz qalıb. İndi Mesopotamiyadan söhbət gedəndə o, Fərat və Dəclə çaylarının arasındakı Iraqın cənub əraziləri ilə assosiasiya edilir. 2000 il əvvəl Mesopotamiya adlanan bu yer demək olar ki, indiki Türkiyə torpaqlarına qədər uzanan bütün Harranı daxil edirdi. Çünki Əhdi-ətiqin “Mesopotamiya düzənliyi” ifadəsini nəzərə aldıqda əminliklə demək olmaz ki, indiki və e.ə. 2000-ci illərdəki dövrün Mesopotamiyası eyni ərazilərdir. İbrahim peyğəmbərin doğulduğu yerin Ur şəhəri olması barədə ciddi şübhələrə və fikir ayrılıqlarının olmasına baxmayaraq müqəddəs vəhylərin bütün tədqiqatçıları belə bir yekun qərara gəliblər: İbrahim peyğəmbərin yaşayış yeri Harran və onun ətrafı idi. Həmçinin Əhdi-ətiqin qısa öyrənilməsi İbrahim peyğəmbərin yaşayış yerinin məhz Harran rayonunda olduğuna işarə edən bəzi ifadələr irəli sürməyə icazə verir (“Təkvin”, 11/31 və 28/10).

 

Eynilə İslam mənbələri də İbrahim peyğəmbərin doğum yerinin Harran və ya Urfa olması fikri ilə razılaşır. “Peyğəmbərlər şəhəri” adlandırılmış Urfa şəhərində İbrahim peyğəmbərlə bağlı xeyli hadisə və əfsanələr eşitmək, hətta onun dünyaya gəldiyi mağaranı da görmək olar.

 

ƏHDI-ƏTIQ NİYƏ DƏYİŞDİRİLİB?
Əhdi-ətiq və Quran iki ayrı-ayrı İbrahim peyğəmbərdən bəhs edirlər. Quranda İbrahim bütpərəstlər cəmiyyətinə peyğəmbər kimi göndərilir. Onun xalqı göyə, ulduzlara, Aya və başqa bütlərə itaət edir. O isə xalqı ilə mübarizə aparır, onları düzgün yola gətirmək istəyir və buna görə də öz doğma atası da daxil olmaqla xalqının ədavəti ilə qarşılaşır.

 

Əhdi-ətiqdə isə bu deyilənlər haqda hətta xatırlatma da yoxdur. Orada Quranda deyildiyi kimi, nə xalqının İbrahimi atdığı tonqal, nə də İbrahimin onun xalqının itaət etdiyi bütləri qırması haqda heç nə deyilmir.

Əhdi-ətiqdə İbrahimin obrazı yəhudi əcdadı kimi təqdim edilir. Tam aydındır ki, irqi təmizliyi ön plana çıxarmaq istəyən yəhudi din xadimləri Əhdi-ətiqi bu cür dəyişmişdilər. Əsrlər boyunca özlərini öyən, təriflərini göylərə qaldıran və allah seçimlərinə əmin olan yəhudilər onlara göndərilmiş Müqəddəs Kitabları şüurlu şəkildə və qəsdən təhrif ediblər. Onlar öz təsəvvürlərinin xeyrinə olmaqla İlahi Həqiqətlərə bir sıra əlavə və ixtisarlar etdilər. Məhz buna görə İbrahim peyğəmbər Əhdi-ətiqin dəyişdirilmiş versiyasına görə, yalnız yəhudilərin əcdadıdır.

 

Əhdi-ətiqə inanan xristianlar da yalnız bir fərqlə İbrahimin yəhudi olduğunu güman edirlər: onların fikrincə, İbrahim yəhudi yox, xristian idi. İrqə yəhudilər kimi bir belə prinsipial əhəmiyyət verməyən xristianların İbrahim peyğəmbərin rolunu bu şəkildə görməsi iki dinin davamçıları arasında mübahisə və konfliktlərə səbəb oldu.

 

Allah-Təala növbəti ayələrdə bu mübahisələrə aydınlıq gətirir:

“Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, -məgər başa düşmürsünüz? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, həqiqəti Allah bilir, siz bilməzsiniz! İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” (“Ali-İmran” surəsi, 65-68).

 

Quranda İbrahim peyğəmbər Əhdi-ətiqdəkindən tam fərqli tərzdədir. O, bütlərə itaət edən xalqını hələ gənc ikən xəbərdar edir və onları bu həyat tərzindən imtina etməyə çağırırdı:

 

“İbrahimi də yad et! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!” (“Ənkəbut” surəsi, 16).

 

“Əgər təkzib etsəniz, sizdən əvvəlki ümmətlər də təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir!” (“Ənkəbut” surəsi, 18).

 

Buna cavab olaraq xalq peyğəmbəri öldürməyə cəhd göstərdi:

“Tayfasının cavabı: “Onu öldürün, yaxud da yandırın!” -deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!” (“Ənkəbut” surəsi, 24).


Öz xalqının əlində ölməkdən qaçan İbrahim peyğəmbər hicrət etməyə üstünlük verib doğma diyarları tərk edir. Allah ayələrdə bunu belə xəbər verir:

“Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq” (“Ənbiya” surəsi, 70).

 

“Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım” (“Məryəm” surəsi, 48).